Mərkəzimiz haqqında

MHM TƏDRİS MƏRKƏZİ iki istiqamətdə: Müəllim və Magistratura sahələri üzrə fəaliyyət göstərir və hər iki sahə üzrə böyük uğurlar əldə etmişdir.

Hər il Magistratura pilləsinə yüksəlmək istəyən bakalavrlar Mərkəzimizdə təhsil alaraq Azərbaycanın nüfuzlu Universitetlərində Magistratura təhsil pilləsinə qəbul olurlar. Magistratura sahəsində olduğu kimi Müəllimlik sahəsində də uğurlarımız olmuşdur.

Mərkəzimiz fəaliyyətinin 2016-2017-ci ilində Magistratura sahəsi üzrə 98% nəticə göstərmişdir.

Bu yüksək faiz göstəricisinin səbəbi tam hazırlıq müddətində mərkəzimizdə təhsil alan hər bir şəxsə peşəkar, səbrli, qəbul proqramını dəqiq bilən müəllim heyəti tərəfindən qəbul üçün lazım olan hər bir variantın tədris olunmasıdır.

Müəllimlərin işə qəbulu sahəsi üzrə isə ilk ilimizin qəbul faizi 96% olmuşdur. Bakı şəhəri üzrə verilmiş vakansiyaların 60% Mərkəzimizin tələbələri tərəfindən qazanılmışdır və hal hazırda Azərbaycanın müxtəlif rayon və şəhərində MHM TƏDRIS MƏRKƏZİNDƏ təhsil almış və öz peşəsinə yiyələnmiş müəllimlər fəaliyyət göstərir.

2016-2017-ci tədris ilində isə MHM TƏDRSİ MƏRKƏZİ Müəllimlərin İşə Qəbulu sahəsi üzrə nəticələrinə görə respublika üzrə 1-ci olmuşdur.

Uğurlarımızın başlıca səbəbi yüksək motivasiyalı idarə heyəti, təcrübəli, müxtəlif tədris olacaqlarında (universitetlərdə, məktəblərdə) fəaliyyət göstərən müəllim heyyətindən ibarət olmasıdır.

Hər həftə sonu müəllim və idarə heyəti tərəfindən iclas zamanı həftəlik dərs müddətində olan problemlər və dinləyicilərin  inkişaf tendi haqqında müzakirələr aparılır,hər bir təhsil alan şəxsin uğur qazanması üçün maneələr aradan qaldırılır. Buda təhsilin daha keyfiyyətli və planlaşdırılmış şəkildə idarə olunması və keyfiyyətə önəm verilməsinə gətirib çıxarır.

Mərkəzimizdə təhsil alan hər bir dinləyici diqqətli olma, məqsədinə çatması üçün hədəfə fokuslandırma və çıxdığı yolda uğur əldə etməsi istiqamətlərində motivasiyalandılır.

Mərkəzimin komanda heyətini peşəkar, təcrübəli, Magistratura təhsili almış müəllimlər təşkil edir.

MHM TƏDRİS MƏRKƏZİ yuxarıda sadalanana uğurlarına güvənərək  Mərkəzimidə hər iki sahə üzrə təhsil almaq istəyən hər bir şəxsə öz məqsədinə çatmaqda 100% zəmanət verir!