Günay Çəndirli Beyləqan rayonunda anadan olmuşdur. Beyləqan rayon Şəfəq qəsəbə tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Müəllimlər İnstitunun Riyaziyyat və Fizika fakultəsinə qəbul olmuşdur.

9 il ümumi pedoqoji təcrübəyə, 9 il təlimçilik təcrübəsinə malikdir. Təhsil Nazirliyinin xətti  və Mədəd Azərbaycan MMC, İTE  MMC-nin, TİPİİ-nin dəstəyi ilə Respublikada həyata keçirilən çoxsaylı  layihələrin (“ İxtisasartırma xidmətindən keçmiş müəllimlər və inzibati-idarəetmə heyətinin İKT –nin tədrisdə tətbiqini dəstəkləmək məqsədi ilə stajkeçmə (mentorluq) xidmətinin təşkili” , “ Tədris prosesində Promethean interaktiv texnologiyalardan istifadə”, ” Şagirdlərin oxuyub anlama bacarıqlarının inkişaf etdirilməsi” , “Oxu strategiyalarının inkişaf etdirilməsi”, “Activ İnspire Promethan lövhələrin təhsilə tətbiqi”, “İntel Gələcək üçün Təhsil Layihə metodikası”, edilmiş “Fənlər Üzrə Elektron Təhsil Resursları”, “İKT  üzrə  savadlılığının artırılması”, “ASM  müəllimlər üçün Məktəb İdarəetmə Proqramı”, Elektron təhsil resursların yaradılması, “Səhiyyə işçilərinin İT sahəsində təkmilləşdirilməsi”,  “Smart Technologies” Məktəb müəllimləri və təhsil müəsisələrinin işçiləri üçün “Dymo/Mimio İnteraktiv Texnologiyaları ilə tədris” “Milli Təhsil Məlumat Bazasının doldurulması”, “Həmkardan Həmkara Dəstək layihəsi, “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi”, 5-7-ci siniflərdə dərs deyəcək riyaziyyat müəllimləri üçün yeni fənn kurikulumlarının tətbiqi, “Yeni Kurikulumun tədris edilməsi (5-9-cu siniflər) və Fəal Təlim”, “Ümumi Təhsildə Kurikulum İslahatı və Onun İdarə Olunması”, “ İxtisasartırma xidmətindən keçmiş müəllimlər və inzibati-idarəetmə heyətinin İKT –nin tədrisdə tətbiqini dəstəkləmək məqsədi ilə stajkeçmə (mentorluq) xidmətinin təşkili” layihəsində mentor, “ Şagirdlərin oxuyub anlama bacarıqlarının inkişaf etdirilməsi üçün müəllimlərin hazırlanması proqramı”, Azərbaycan Respublikasl Təhsil Nazirliyi, Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu: Riyaziyyat fəninin məzmunu üzrə ixtisasartırma təlimi, Azərbaycan Respublikasl Təhsil Nazirliyi, Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu: Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası və s) təlimçisi olmuş, hal-hazırda da mentor-təlimçi kimi fəaliyyətini davam etdirir.

3 dəfə “Elektron Təhsil” müsabiqəsinin qalibi, Təhsil Nazirliyinin və Mərkəzi Bankın təşkil etdiyi “Həyat bilgisi və maliyyə savadlılığı” adlı müsabiqəsinin,  2018-ci ildə Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar” üzrə 2-ci qrant müsabiqəsində fərdi layihə qalibi və s müsabiqələrinin qalibi olmuşdur. Təlim paketləri üzrə vəsaitlərin və metodiki  məqalələrin müəllifidir.

Hal –hazırda fəaliyyətini İTE (İnnovativ Texnologiyalar Əlavə Tədris Mərkəzi) və MHM tədris mərkəzində müəllim hazırlığı istiqamətində davam etdirir.