Cəfərli Nihad Abşeron rayon Xırdalan şəhərində anadan olmuşdur. Orta təhsilini Xırdalan şəhər 9 nömrəli orta məktəbdə başlamışdır. Sonradan 6-cı sinifdə Bakı Özəl Türk liseyinə qəbul imtahanında yüksək nəticə göstərərək təhsilini davam etdirmişdir . Nihad müəllim ilk dəfə məntiq suallarını bu imtahanda görmüş və çox böyük marağı yaranmışdır və məntiqdən testlər işləməyə başlamışdır. Məktəb illərində Riyaziyyat və Kimya fənlərindən olimpiadalarda iştirak etmiş və uğurlu nəticələr əldə etmişdir.

Məktəbi bitirdikdən sonra heç bir özəl hazırlıqlara getmədən 585 balla Qafqaz Universitetinin Kimya müəllimliyi (ingiliscə) ixtisasına qəbul olmuşdur. Universitet illərində kurslarda müəllim kimi işləmiş, özəl dərslər vermiş, sonuncu ili isə İstək liseyində 1 il müəllim kimi təcrübə keçmişdir.

Universitetin sonuncu kursunda ALES imtahanında iştirak etmiş və yüksək nəticə əldə etmişdir.

Həmçinin Nihad müəllim İELTS imtahanında iştirak edərək 6.5 nəticə göstərmişdir.

Bakalavr pilləsini bitirdikdən sonra, həmin ixtisasın magistratura təhsil pilləsinə qəbul olmuşdur. Daha sonra hərbi xidmətə yollanmış və hərbi xidməti bitirdikdən sonra Məntiq və Kimya ixtisası üzrə Magistraturaya qəbul, Müəllimlərin işə qəbulu həmçinin Dövlət Qulluğu sahələri üzrə təlimlər keçmişdir. Adı çəkilən hər bir sahə üzrə yüksək nəticələr əldə etmişdir.

Göstərdiyi bu böyük uğurları nəzərə alaraq Nihad müəllim MHM TƏDRİS MƏRKƏZİNİN müəllim komandasında yer almışdır.

Hal – hazırda fəaliyyətini MHM TƏDİRİS MƏRKƏZİNDƏ davam etdirir.