Səmədzadə Amin Saatlı rayon Mollavaizli kəndində anadan olmuşdur. Məşədi Əzizbəyov adına şəhər 2 nömrəli orta məktəbi bitirdikdən sonra  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və  İnformatika fakültəsinin Riyaziyyat müəllimliyi ixtisasına qəbul olmuşdur.

Universitet illərində Kompüter texnikasına marağı daha böyük olan Amin müəllim Magistratura təhsil  pilləsini İnformasiya texnalogiyaları (14-cü proqram) üzrə oxuyacağını qərara almış və Azərbaycan  Texniki Universitetinin Kompüter Mühəndisliyi ixtisasının magistratura pilləsinə qəbul olmuşdur.

Hərbi xidməti başa vurduqdan sonra magistratura təhsilini davam etdirmişdir. Təhsili ilə paralel həmçinin həmin ixtisas üzrə Magistratura I mərhələ üzrə təlimlər keçməyə başladı.

İlk olaraq Barattson şirkətində İnformatika ixtisası üzrə Magistratura I mərhələ, Müəllimlərin İşə Qəbulu, Dövlət Qulluğu təlimləri keçmişdir.

Sonrakı illərdə Amin müəllim  IQ MAGİATRATURA MƏRKƏZİ, Müəllim Hazırlığı Mərkəzi və Magistratura Hazırlığı Mərkəzində fəaliyyətini davam etdirmişdir.

Hal Hazırda fəaliyyətini MHM TƏDİRİS MƏRKƏZİNDƏ davam etdirir.

Amin Səmədzadə tədris etdiyi hər 3 sahə üzrə böyük uğurlar əldə etmişdir.

Adı çəkilən sahələr üzrə MHM TƏDRİS MƏRKƏZİNDƏ istifadə olunan dərs vəsaitlərinin müəllifidir