Müəllimlər

Yaqublu Hafis Sabirabad rayon Balahəşimxanlı kəndində anadan olmuşdur. İbtidai sinif təhsilini bitirdikdən sonra Şirvan şəhər 18 nömrəli məktəbdə oxumağa davam etmişdir. 7-ci sinfi bitirdikdən sonra təhsilinə  Bakı şəhər Yasamal rayonunda Fizika- Riyaziyyat və İnformatika təmayüllü liseydə davam etdirmişdi. Lisey riyaziyyat təmayüllü olduğu üçün riyaziyyata maraq göstərməyə başlayır və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin riyaziyyat müəllimliyi ixtisasına daxil olur. Üçüncü kursdan etibarən riyaziyyat müəllimi kimi özəl dərs keçməyə başlayır. İlkin olaraq liseylərə məntiq və riyaziyyat dərsləri ilə başlayır. 4-cü kursda Araz kurslarında Riyaziyyat müəllimi kimi fəailiyyət göstərir.

Unverisiteti bitirdikdən sonra Bakı Dövlət Unversitetinin Mexanika Riyaziyyat fakultəsinin Funksiyonal Analiz ixtisasının Magistratura pillləsinə qəbul oldu.

Hafis müəllim magistratura təhsili ilə paralel həmçinin Zəfər kurslarında Riyaziyyat və Məntiq fənlərindən abituriyent, magistratura və müəllimlərin işə qəbulu  (MİQ) üzrə dərs deməyə başlayır. Eyni zamanda Galaxy təhsil mərkəzində məntiq müəllimi kimi fəaliyyət göstərir. Növbəti ildə Zəfər, Metropolitan və Barattson kurslarında abituriyent, magistratura, müəllimlərin işə qəbulu, liseylərə hazırlıq, YÖS və ALES üzrə dərs deyir. Növbəti ildə İQ magistratura mərkəzi və Müəllim Hazırlıq Mərkəzlərinində müəllimlik fəaliyyətini davam etdirmişdir.

Tələbələri çox yüksək nəticələr əldə etmişdir. 2016-ci ildə “Riyaziyyat Məsələləri” kitabını yazmışdır. Kitab müəllimlərin işə qəbulu üzrə alternativi olmayan bir kitabdır.

Hal hazırda MHM tədris mərkəzində məntiq və riyaziyyat fənləri üzrə dərslər tədris edir.